İsrailin Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil etdiyi bildirilib.
Elchi.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, İsrail paytaxt Dəməşqin Mezze və Qadsaya məhəllələrində mülki yaşayış məntəqələrinə hava hücumu həyata keçirib.
Suriya xəbər agentliyi SANA-da yer alan xəbərdə, “İsrail iki binaya hava hücumu təşkil etdi, ilkin təsbitlərə görə bir neçə mülki vətəndaş ölüb və yaralanıb” – ifadəsi işlədilib.
Hücumla bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib.
Noyabrın 11-də Humusun cənubundakı Şinşar kəndinə hava hücumu təşkil edən İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.
Nuranə Məmmədova