image-4c6b9e254028666a62875a05f28ba660backend

İspaniyada yağış səbəbindən məktəblər yenidən bağlanıb

İspaniyanın şərqində və cənubunda səlahiyyətlilər bölgədə aramsız yağan yağışlar səbəbindən məktəbləri bağlamaq və bəzi sakinləri təxliyə etməyə qərar veriblər.

Elchi.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.

Qeyd olunur ki, bu ərazilərdə hər kvadratmetrə 180 litrə qədər yağıntı düşə bilər. Nəşrdə qeyd edildiyi kimi, meteoroloqlar Kataloniyanın Tarraqona və Əndəlusun Malaga əyalətləri üçün ən yüksək səviyyə ilə bağlı xəbərdarlıq ediblər.

Yerli hakimiyyət məktəbləri bağlamaq və Quadalhorce çayı yaxınlığındakı ərazilərdə yaşayan 3 min nəfəri təxliyə etmək qərarına gəlib. Madrid, Malaga və Valensiya arasında yüksək sürətli qatar xidmətləri də müvəqqəti olaraq dayandırılıb və bu bölgələrə uçuşlar ləğv edilir və ya digər hava limanlarına yönləndirilir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki