image-litvanya-2354027_1backend

İşğal ssenarisi üçün Litvanın paytaxtı Vilnüsdən təxliyə planı

Litvanın paytaxtı Vilnüsdə mümkün işğal halında genişmiqyaslı təxliyə planı ictimaiyyətlə paylaşılıb.
Elchi.az xəbər verir ki, Vilnüs bələdiyyəsinin açıqladığı plana əsasən, düşmən qoşunlarının şəhəri ələ keçirməsi ehtimalı yaranarsa, 540 minə yaxın şəhər sakini mütəşəkkil şəkildə təxliyyə olunacaq.
Təxliyə planı Rusiyanın Ukraynaya davam edən hücumlarından sonra bölgədə artan təhlükəsizlik narahatlıqları fonunda elan edilib. Litva, Estoniya və Latviya kimi digər Baltikyanı ölkələrlə birlikdə illərdir Rusiyadan gələn təhlükələr barədə xəbərdarlıq edir və müdafiə investisiyalarını artırır.
150 marşrut müəyyən edilib, SMS və siren vasitəsilə məlumat veriləcək
Litvanın dövlət yayımı olan LRT-nin məlumatına görə, plan şəhər boyu 150 evakuasiya marşrutunu müəyyən edir. Hər məhəlləyə xüsusi toplaşma və çıxış məntəqələri ayrılıb. Vətəndaşlara mümkün evakuasiya əmri barədə SMS, siren və hazırlanmaqda olan xüsusi mobil proqram vasitəsilə məlumat veriləcək.
Planda bəzi yol və körpülərin evakuasiya qabiliyyətinə uyğun genişləndirilməsi nəzərdə tutulur.
Vilnüs meri Valdas Benkunskas təxliyyə planının yalnız hərbi müdafiənin yetərli olmadığı təqdirdə həyata keçiriləcəyini vurğulayaraq, planın dərcinin panikaya səbəb olmamalıdır.
Rusiya və Belarus sərhədinə yaxın yerləşməsi diqqəti cəlb edir
Vilnüs Belarus sərhədindən cəmi 35 kilometr aralıda yerləşir. Rusiyanın yaxın müttəfiqi olan Belarus minlərlə rus əsgərinə ev sahibliyi edir və 2022-ci ildə Ukraynanın paytaxtı Kiyevə uğursuz işğal üçün tramplin kimi istifadə edilib.
Litva həm də NATO-nun üzvüdür və Kalininqradla həmsərhəddir. Baltik dənizi sahilində yerləşən Kalininqrad Rusiyanın ən güclü hərbiləşdirilmiş bölgələrindən biridir.
NATO üçün strateji risk: Suwalki dəhlizi
Hərbi ekspertlərin fikrincə, Litva və Polşa arasındakı dar bir torpaq zolağı olan Suwalki dəhlizi NATO müdafiəsi üçün həssas ərazi hesab olunur. Bu ərazinin işğalı Polşa ilə Baltikyanı ölkələr arasında quru əlaqəni kəsmək riski daşıyır.
Təbii fəlakət və nüvə hücumu ssenariləri də qiymətləndirilib
Səlahiyyətlilər, planın ilk növbədə işğal ehtimalı üçün hazırlandığını, lakin böyük bir təbii fəlakət, nüvə hücumu və ya kritik infrastrukturun çökməsi vəziyyətində də hərəkətə keçə biləcəyini bildirdi.
1990-cı ildə Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edən Litva Avropa İttifaqı və NATO ilə sıx əlaqələr qurub. Ölkə Ukraynaya güclü dəstəyi ilə tanınır və tez-tez Kremlin genişlənmə siyasətinin region üçün riskləri barədə xəbərdarlıq edib.
Digər tərəfdən, sentyabr ayında Belarus və Rusiyanın birgə hərbi təlimlər keçirəcəyi gözlənilir. Bu təlimin Litva sərhədinə yaxın ərazilərdə də keçirilə biləcəyi bildirilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki