xamneyi_iranbackend

“İran və Azərbaycan mübahisəni özləri həll etməlidir” – Əli Xameneyi

Azərbaycanla İran arasında yaranan mübahisəli məsələlər xarici qüvvələrin müdaxiləsi olmadan həll edilməlidir. “ISNA” agentliyi xəbər veri ki, bunu İslam Respublikasının ali dini lideri Əli Xameneyi bildirib.

“Ölkənin şimal-qərbindəki son vəziyyət, bölgədəki xarici qüvvələrin müdaxiləsi və hərbi iştirakı olmadan həll edilməlidir”, – o vurğulayıb.

“Region xalqlarının orduları vəziyyəti özləri idarə edə bilərlər və biz başqa qüvvələrin müdaxilə etməsinə icazə verməyəcəyik”, – deyə, Xameneyi əlavə edib.

Xamneyinin bəyanatı Azərbaycanla İran arasında siyasi gərginliyin, eləcə də İran ordusunun Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlərə başlamasının fonunda səslənib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki