İranın xarici işlər naziri Abbas Ərakçi İran, Rusiya və Türkiyə arasında Astana prosesinin davam etdirilməli olduğunu bəyan edərək, “7-8 dekabr tarixlərində Dohada İran, Türkiyə və Rusiya xarici işlər nazirləri səviyyəsində Astana Sammitini keçirəcəyik”, – deyib.
Elchi.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Ərakçi Dəməşq və Ankaradakı təmaslarından sonra dövlət televiziyasına mühüm açıqlamalar verib. Suriyadakı son hadisələrin müzakirə edildiyi səfərlərdən sonra açıqlama verən Arakçi, “Suriyaya səfərim zamanı başda Hələbə qarşı törədilən terror aktları başda olmaqla son hadisələri ətraflı müzakirə etdik. Prezident Əsəd Tehranın Suriya ordusu və dövlətinə qəti və birmənalı dəstək mesajını çatdırdım. “Biz Suriya dövlətinin Səddam dövründə İraq müharibəsi zamanı yanımızda olduğu kimi, bu gün də Suriya dövlətinin yanında olacağıq.
Nuranə Məmmədova