image-kanser-asisi-kanser-hucresi-getty-1677544_1backend

İnqilabi xərçəng peyvəndi: 9 xəstə tam sağaldı

Yale Universiteti tərəfindən hazırlanmış fərdiləşdirilmiş xərçəng peyvəndi 9 böyrək xərçəngi xəstəsində şişləri müvəffəqiyyətlə məhv etdi. Peyvənd immunitet sistemini gücləndirərək xərçəng hüceyrələrini hədəf alır. Faza 2 tədqiqatları davam edir.
Elchi.az xəbər verir ki, ABŞ-ın Yale Universitetinin alimləri tərəfindən hazırlanmış eksperimental xərçəng peyvəndi 9 xəstədə xəstəliyi tamamilə aradan qaldırıb.
2019-cu ilin martından 2021-ci ilin sentyabrına qədər tədqiqatda iştirak edən bütün xəstələrin 2023-cü ilin iyulunda keçirilən üç illik təkrar müayinədə xərçəngdən azad olduğu aşkarlanıb və bu, əhəmiyyətli bir uğura işarə edib.
Peyvənd əməliyyatdan sonra qalan xərçəng hüceyrələrini hədəf aldı və sağlam hüceyrələrə zərər vermədən onları yox etdi. Yale Xərçəng Mərkəzi və Dana-Farber Xərçəng İnstitutu tərəfindən hazırlanmış peyvənd xüsusi olaraq hər bir xəstənin bioloji xüsusiyyətlərinə uyğunlaşdırılaraq, immunitet sisteminin yalnız şişə xas mutasiyaları tanımasını və məhv etməsini təmin edir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki