image-2355140d-abba-3eda-aa7a-1f3c0b0c01b4_850backend

İngiltərə klubu milli üzvünü transfer edib

“İpsviç” klubu Premyer Liqanın digər təmsilçisi “Aston Villa”dan İngiltərənin U-21 millisinin üzvü Ceyden Filocini transfer edib.

Elchi.az əbər verir ki, bu barədə İpsviç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu mövsüm Premyer Liqada 11 oyuna çıxan 22 yaşlı futbolçu ilə 4 il yarımlıq müqavilə imzalanıb.

Qeyd edək ki, C.Filocin 2024-cü ilin iyulunda “Aston Villa”ya transfer olunmuşdu. O, İngiltərənin U-21 millisinin heyətində meydana çıxdığı 7 oyunda 3 qol vurub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki