image-elon-musk-reuters-1815024_1backend

İlon Maskın Twitter/X-i alındıqdan sonra dəyərinin 80 faizini itirib

İlon Maskın 2022-ci ilin oktyabrında 44 milyard dollara aldığı əvvəllər Twitter kimi tanınan X platforması dəyərinin demək olar ki, 80%-ni itirib. İnvestisiya nəhəngi Fidelity-in hesablamalarına görə, X hazırda təxminən 9,4 milyard dollar dəyərindədir.
Elchi.az xəbər verir ki, X Mask tərəfindən alındıqdan sonra ictimaiyyətə satılmağı dayandırdı.
Bununla belə, Fidelity-nin Blue Chip Growth Fund-un səhm dəyərlərinə dair qiymətləndirməsinə görə, platformanın səhmləri avqustun sonunda cəmi 4,2 milyon dollar dəyərində qiymətləndirilib.
Bu, iyulun sonundakı dəyərlə müqayisədə 24 faiz, Maskın Twitter-i satın aldığı zaman isə 79 faiz azalma deməkdir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki