image-hollanda-bayragi-reu-1520923_1backend

Hollandiya parlamenti Netanyahunun həbsi üçün təklifi qəbul edib

Hollandiya parlamentində soyqırım törədən İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallanta qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs qərarının icrasını tələb edən vəsatət qəbul edilib.
Elchi.az xəbər verir ki, Hollandiya parlamentində Xarici İşlər Nazirliyinin 2025-ci il büdcəsi müzakirə edilərkən, müxalifət partiyasından olan millət vəkili Keyt Piri və onun 5 millət vəkilinin Netanyahu və Gallanta qarşı həbs qərarının icrası üçün təqdim etdiyi təklif parlamentdə səs çoxluğu ilə qəbul edilib.
Müraciətdə hökumətdən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarının Məhkəmənin iştirakçısı olan bütün ölkələr tərəfindən icrasını təmin etmək üçün səy göstərməsi, eyni zamanda Hollandiyanın bu həbs qərarına əməl etməsi və buraya Netanyahu ilə təcili olmayan bütün əlaqələrin dərhal dondurulması tələbi də daxil idi.
Piri sosial media hesabındakı paylaşımında bildirib ki, koalisiya partnyorları, ifrat sağçı Geert Vildersin partiyası PVV və Karolin van der Plasın başçılıq etdiyi Fermer Vətəndaş Hərəkatı Partiyasının (BBB) ​​deputatları təklifin əleyhinə səs verib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki