Hindistanın keçmiş baş naziri Manmohan Sinq səhhətində yaranan problemlərə görə 92 yaşında dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, Hindustan Times qəzetinin yazdığına görə, uzun müddətdir səhhətində problemlər olan Sinq dünən aparıldığı xəstəxanada dünyasını dəyişib.
Xəstəxana rəhbərliyi tərəfindən edilən açıqlamada Sinqhin bütün müdaxilələrə baxmayaraq xilas ola bilmədiyi ifadə edilərək, “Hindistanın keçmiş Baş naziri Sinqhın 92 yaşında dünyasını dəyişdiyini dərin hüznlə bildiririk. ” ifadəsini işlədib.
Hindistanın baş naziri Narendra Modi özünün X sosial media hesabındakı paylaşımında Sinqhlə çəkdirdiyi şəkilləri paylaşıb.
“Hindistanın ən görkəmli liderlərindən biri olan Dr. Manmohan Singh-in itkisinə görə kədərlənirik. Hindistan onun millətimizə verdiyi töhfələri əbədi olaraq xatırlayacaq”, – postda deyilir. Modi bəyanatdan istifadə edərək ailəsinə başsağlığı verib.
Sinqhin vəfatı ilə əlaqədar ölkədə 7 günlük matəm elan edilib.
Hindistanın 13-cü Baş naziri Manmohan Sinq 2004-2014-cü illər arasında baş nazir vəzifəsində çalışıb və ölkədə sikh dininin ilk baş naziri olub.
Şayəstə Hüseynova