image-74134d37-a023-33c2-b73e-0d7fc4a72c7f_850backend

Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib.

Elchi.az xəbər verir ki, bu barədə Qvi-Yop Son “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı irəliləyişi daha da sürətləndirmək üçün BMT-nin inkişaf sisteminin necə çevik və tələb yönümlü edilə biləcəyi barədə səmərəli müzakirəyə görə Hikmət Hacıyevə təşəkkür edirəm. Sıx əməkdaşlıq dayanıqlı inkişafın açarıdır!”, – paylaşımda bildirilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki