image-ag_ev-1backend

ABŞ 50-dən çox Çin şirkətinə sanksiya tətbiq etdi

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu sanksiya siyahısına 80 təşkilat əlavə edib və bunların 50-dən çoxu Çin şirkətləridir.

Elchi.az xəbər verir ki, bu barədə büronun məlumatında bildirilib.

Siyahıda qeyd olunan şirkətlərə ixrac məhdudiyyətləri tətbiq olunur. Xüsusilə ABŞ şirkətləri siyahıya daxil edilmiş təşkilatlara ölkə hökumətinin razılığı olmadan mal və texnologiyalar təchiz etmək hüququna malik deyil.

“Biz rəqiblərimizin ABŞ texnologiyalarından öz ordularını gücləndirmək və amerikalıların həyatını təhdid etmək üçün istifadə etməsinə imkan verməyəcəyik”, – ABŞ ticarət naziri Hovard Latnik bildirib.

Ticarət Nazirliyinin qeyd etdiyi kimi, Çin şirkətlərinin bir çoxu daha sonra ölkənin hərbi məqsədlərlə istifadə edəcəyi süni intellekt, superkompüterlər və yüksək texnoloji çiplərin hazırlanmasında ehtimal edilən iştiraka görə qara siyahıya salınıb. İki şirkət “Huavey”ə qarşı sanksiyaları pozduğuna görə siyahıya daxil edilib.

Çin şirkətlərindən əlavə, Tayvan, İran, Pakistan, Cənubi Afrika və BƏƏ şirkətləri də siyahıya salınıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki