Aprel ayında Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın üçüncü iclası keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov məlumat verib.
Onun sözlərinə görə, aprelin 29-da baş tutacaq sessiyada Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov başçılıq edəcək.
“İkitərəfli münasibətlərimizdə nəzərəçarpacaq inkişaf var. Bu ilin əvvəlində iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib”, – deyə diplomat əlavə edib.
Qeyd edək ki, Azərbaycan və Küveyt arasında hökumətlərarası komissiyanın ikinci iclası 2013-cü ilin fevralında Bakıda keçirilib.