image-ankara-otel-yanginbackend

Türkiyədə oteldə yanğın: ölən var

Bursanın Uludağ bölgəsində yerləşən və aşkar edilən bəzi nöqsanlara görə bağlanan “Kervansaray” otelində yanğın baş verib.

Elchi.az xəbər verir ki, hadisə bu gün səhər saat 05:30 radələrində otelin kafe-restoran hissəsində başlayıb və sürətlə digər mərtəbələrə yayılıb.

İlkin məlumatlara görə, oteldə olan 13 nəfərdən biri həyatını itirib, 3 nəfər isə tüstüdən zəhərlənib.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin ağır olduğu bildirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki