image-d83fcb1b-7f37-3ffa-b254-237c7342deb8_850backend

Tramp ABŞ seçiciləri üçün yeni öhdəlik tətbiq edib

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların və pasportu olmayan şəxslərin seçkilərdə iştirakını qadağan edən fərman imzalayıb.

Elchi.az xəbər verir ki, fərman Ağ Evin saytında dərc edilib.

Fərmana əsasən, seçicilər ABŞ vətəndaşlığına malik olduqlarını sübut etməlidirlər. Tədbirlər əcnəbilərin seçkilərə müdaxiləsinə imkan verməməlidir.

Bundan başqa, sənəd seçkilərə yardım komissiyasını poçt vasitəsilə seçicilərin qeydiyyatı zamanı ABŞ vətəndaşlığının sənəd əsasında təsdiqini tələb etməyə çağırır. Seçicilər ABŞ pasportu, hərbi bilet, ştatın verdiyi və ya federal səviyyəli şəxsiyyət vəsiqəsi, yaxud vətəndaşlığı təsdiq edən şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.

Fərman bu tələblərə əməl etməyən ştatların federal maliyyələşdirmədən məhrum edilməsini nəzərdə tutur.

Fərman, həmçinin ştatlara seçki komissiyası əməkdaşlarının seçki günündən sonra poçtla aldıqları bülletenləri saymağı qadağan etməyə yönəlib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki