“Alp.az” xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etməsi və şanlı zəfər tarixinə həsr olunan konsert 8 noyabr tarixində Azərbaycan Televiziyası ilə yayımlanacaq.
Konsertdə Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Brilliant Dadaşova, Samir Cəfərov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və digər ifaçılar, musiqi qrupları çıxış edəcəklər.