NASA teleskopunun məlumatları canlılıq potensialına malik planetlərin böyük təhlükə altında olduğunu göstərdi.
Elchi.az xəbər verir ki, Günəşin yüzdə 10-dan 20 faizinə qədər olan qırmızı cırtdan ulduzlar da kifayət qədər zəifdir. M-tipi olaraq da bilinən bu göy cisimləri kainatda ən çox yayılmış ulduz tipini təşkil edir.
Həyata ev sahibliyi etmək potensialı müzakirə olunur
Alimlər hesab edirdilər ki, qırmızı cırtdanların səth temperaturu nisbətən aşağı olduğundan və kainatda çox yaygın olduğundan, bu ulduzların ətrafındakı planetlərdə həyatın mövcud olması ehtimalı var. Ancaq son araşdırmalar bu fərziyyəni şübhə altına alır.
Şayəstə Hüseynova