image-45backend

HƏMAS girovlar siyahısını təhvil verib

Fələstinin HƏMAS hərəkatı anklavda atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı Qəzza zolağında saxlanılan israilli girovların siyahısını vasitəçilərə təhvil verib.

Elchi.az xəbər verir ki, hərəkat nümayəndələri qeyd ediblər ki, radikalların təqdim etdiyi sənəddə girovlar haqqında lazımi məlumatlar var.

“Həmas bazar günü axşam saatlarında Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad ediləcək əsirlərin girovların siyahısı ilə bağlı vasitəçilərə lazımi məlumatları təqdim edib”, – HƏMAS-ın rəsmi Telegram kanalında dərc edilən bəyanatda deyilir. Hərəkat siyahıda neçə nəfərin olduğunu və konkret hansı məlumatların müzakirə edildiyini dəqiqləşdirməyib.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi siyahının alınması xəbərini təsdiqləyib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki