HƏMAS-ın İrandakı nümayəndəsi Xalid əl-Kəddumi bildirib ki, Əqsa tufanı İsrailin yaşadığı ən böyük təhlükəsizlik zəifliyidir.
Elchi.az xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamaya görə, Kaddumi HƏMAS-ın paytaxt Tehrandakı ofisində İranın kəşfiyyat naziri İsmayıl Hatib ilə görüşüb.
Kaddumi burada verdiyi açıqlamada, “Əqsa tufanı sionist düşmənə strateji təhlükəsizlik zərbəsi vurdu. Bu zərbə İsrail tarixində ən böyük təhlükəsizlik uğursuzluğu kimi sionistlərin yaddaşında qalacaq” deyib.
İranlı nazir bəyan edib ki, “şəhid liderlərin qanı qurtuluş savaşının yanacağı və region xalqlarına qarşı ədalətsizliyin aradan qaldırılması olacaq”.
Hatib Qəzza və Livan xalqının əzmkarlığını yüksək qiymətləndirib və bunun qələbənin əlaməti olduğunu bildirib.
Şayəstə Hüseynova