image-hakkinda-farkli-iddialar-ortaya-atilan-iranli-general-ortaya-cikti-p09b-1backend

Haqqında müxtəlif iddialar irəli sürülən iranlı general üzə çıxıb

İsrailin Beyrut hücumunda öldürüldüyü və yaralandığı və daha sonra İsrailə kəşfiyyat məlumatı sızdırdığına görə İnqilab Keşikçiləri Ordusu tərəfindən dindirildiyi iddia edilən Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Kaani təxminən iki həftə sonra ilk dəfə Tehranda peyda olub.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyası tərəfindən yayımlanan görüntülərdə Kaani 27 sentyabrda Beyrutda İsrail hücumunda həyatını itirən briqada generalı Abbas Nilfuruşanın cənazəsinin Tehrana gətirilərək qarşılanması mərasiminə qatılarkən görüntülənib.
Qarşılama mərasimində Kaani ilə yanaşı bir çox İran siyasi və hərbi rəsmiləri də iştirak edib.
İsrailin Beyrutda Hizbullah baş katibi Həsən Nəsrullah və Nilfuruşanın həyatını itirdiyi hücumda İsmayıl Kaaninin hədəf alındığına dair iddialar irəli sürülüb. Kaani daha sonra Hizbullahın Tehrandakı ofisinə baş çəkib.
Bunun ardınca Qərb mətbuatı İsrailin 4 oktyabrda Beyrut hücumunda öldüyü və ya yaralandığı iddia edilən Kaaninin daha sonra İsrailə kəşfiyyat məlumatı sızdırdığına görə İnqilab Keşikçiləri Ordusu tərəfindən dindirildiyini və dindirmə zamanı infarkt keçirdiyini iddia edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki