image-2024-10-28-15-19-16lvvzvcqn21h7ym0xofyh_filebackend

Tbilisidə müxalifətin yürüşü keçirib

Tbilisidə Gürcüstan müxalifətinin nümayəndələri respublikada keçirilən parlament seçkilərinin nəticələrinə qarşı yürüş keçirib.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, müxalifətçi qruplar Vake parkı, Gürcüstan Futbol Federasiyasının binası və Marcanişvili metrostansiyası yaxınlığında toplaşıb. Etirazçıların ölkə parlamentinin binasına çatmağı planlaşdırdıqları dəqiqləşir.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib . 3085 seçki məntəqəsindən bülletenlərin emalının nəticələrinə əsasən, səslərin 54 faizindən çoxunu ölkənin hakim partiyası “Gürcü Arzusu – Demokratik Gürcüstan” toplayıb.
Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinin tam saxtalaşdırıldığını bəyan edərək, onları tanımaqdan imtina edib.
Bundan sonra respublika prokurorluğu səsvermə zamanı mümkün saxtakarlığa dair sübutları təqdim etmək üçün dövlət başçısını dindirməyə çağırıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki