Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində deputat mandatı uğrunda 13 azərbaycanlı mübarizə aparacaq.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
Onlardan iki nəfəri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan”, bir nəfəri “Dəyişikliklər naminə koalisiya”, iki nəfər “Birlik – Milli Hərəkat”, bir nəfər “Güclü Gürcüstan”, dörd nəfər “Gürcüstan Birlik və İnkişaf” və üç nəfəri “Birləşmiş Gürcüstanımız” partiyalarında təmsil olunurlar.