image-thumbs_b_c_be4484c1bfd0426681f4ee127a2e1a0ebackend

G7 xarici işlər nazirləri İtaliyada görüşüblər

G7 ölkələrinin xarici işlər nazirləri beynəlxalq böhranları həll etmək üçün müvəqqəti prezident olan İtaliyanın ev sahibliyi etdiyi ikinci görüş üçün bir araya gəldi.
Elchi.az xəbər verir ki, ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya , Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi İtaliyanın müddətli prezidentinin ev sahibliyi ilə beynəlxalq məsələlərlə bağlı müzakirələr aparacaq.
G7 xarici işlər nazirlərinin görüşü ev sahibi, İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani-nin qonaqlarını qarşılaması və daha sonra “ailə şəkli” çəkdirməsi ilə başlayıb.
İtaliya Xarici İşlər Nazirliyinin açıqladığı proqrama əsasən, nazirlər ilk gün iclaslarında Yaxın Şərqdəki böhranları müzakirə edəcəklər.
Bildirilib ki, nazirlər Qəzzada atəşkəs və humanitar yardımların əldə edilməsi, israilli məhbusların azad edilməsi, Livanda hərbi əməliyyatların dayandırılması, İsrail və İran arasındakı gərginlik və Qırmızı dənizdəki vəziyyəti müzakirə edəcəklər.
G7 xarici işlər nazirləri xüsusi sessiyada ərəb ölkələrinin nazirləri ilə də görüşəcəklər.
G7 xarici işlər nazirləri bu gün və sabah davam edəcək görüşlərin son günündə Rusiya-Ukrayna böhranı, Hind-Sakit okean regionunda vəziyyət və digər məsələləri müzakirə edəcəklər.
Ukraynaya dəstəyin qiymətləndiriləcəyi sabahkı sessiyada Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın da iştirak edəcəyi bildirilib.
Yekun bəyannamənin nazirlərin görüşünün sonunda dərc ediləcəyi gözlənilir.
Bu arada G7 üçün Anaqniyə gəlişi ilə İtaliyanın Tg2 kanalına açıqlama verən ev sahibi İtaliya Baş nazirinin müavini və Xarici İşlər Naziri Tajani Livanda atəşkəs ehtimalı ilə bağlı sualı belə cavablandırıb: “Mənə görə, İran bir az buna qarşı görünür və ya heç olmasa müddəti uzatmaq istəyir “, – deyə cavab verdi.
Digər tərəfdən, G7 toplantısı üçün geniş təhlükəsizlik tədbirləri alınarkən, Fiuggi və Anagni qəsəbələrinə 1500 nəfərlik gücləndirici təhlükəsizlik qüvvələrinin köçürüldüyü bildirildi.
G7 nazirləri bu il ikinci dəfə bu ölkədə, dövr prezidenti İtaliyanın ev sahibliyi ilə bir araya gəldi. Nazirlər daha əvvəl aprelin 18-19-da Kapri adasında görüşmüşdülər.
G7 xarici işlər nazirləri bu il iki qeyri-rəsmi görüşdə də bir araya gəliblər. Nazirlər İtaliyanın sədrliyi dövründə ilk dəfə fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında görüşüb, həmçinin Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası çərçivəsində qeyri-rəsmi görüş keçiriblər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki