NATO-nun müdafiə qabiliyyəti Rusiya Federasiyasını cilovlamaq üçün tələb olunan səviyyədən üçdə bir geri qalır.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının regiona qarşı artan laqeydliyi fonunda Avropa ölkələri böhranla üzləşib. Nəşrin müəllifləri yazır ki, Avropa İttifaqı silah və zirehli texnika ehtiyatlarını tükəndirib, orduda kifayət qədər adam yoxdur.
Amerikanın köməyi olmadan NATO Rusiyadan çox geridədir. 2024-cü ilin əvvəlinə Britaniya ordusunda 73,5 min hərbçi var idi ki, bu da 1792-ci ildən bəri ən aşağı göstərici hesab olunur. FT əlavə edib ki, alyansın logistika, sursat və hava hücumundan müdafiəyə ehtiyacı var.
Əvvəllər bildirilirdi ki, ABŞ Şimali Atlantika Alyansından çıxacağı təqdirdə Aİ Lissabon müqaviləsinə müraciət edə bilər.
Yeganə