Fransada fermerlər Argentina, Braziliya, Paraqvay və Uruqvayın üzv olduğu Avropa İttifaqı (Aİ) ilə Cənubi Ümumi Bazar (MERCOSUR) arasında ticarət sazişinə reaksiya olaraq noyabrın 18-dən etibarən nümayişlər keçirəcək.
Elchi.az xəbər verir ki, Fransanın aparıcı fermer birliklərinin çağırışı ilə noyabrın 18-dən etibarən fermerlər ölkə daxilində qubernatorluq binaları qarşısında və qovşaqlarda nümayişlər keçirəcək.
Braziliyada G20 Zirvəsi keçirilərkən Fransada başlayacaq nümayişlərdə fermerlər “haqsız rəqabətə yol açacağı” səbəbiylə etiraz etdikləri AB-MERCOSUR ticarət müqaviləsinin imzalanmamasını tələb edəcəklər.
Fransız fermerlərin etirazlarının dekabrın ortalarına qədər davam edəcəyi gözlənilir.
Bu ilin əvvəlində Fransada fermerlər tərəfindən həftələrlə bağlanan yollar hökumətin kənd təsərrüfatı sektorunda bəzi addımlar atmasından sonra başa çatıb. Hökümətin fermerlərə öz hərəkətlərinə son qoymaq üçün verdiyi vədlər arasında AB ilə MERCOSUR arasında imzalanması planlaşdırılan azad ticarət sazişinin dayandırılması da var.
Fransa hökuməti fermerlər üçün haqsız rəqabətə səbəb olacağı və “fermerlərin hüquqları uğrunda mübarizənin bütün Avropada aparılmalı” səbəbi ilə bu müqaviləni qəbul etmələrinin mümkün olmadığını bildirib
Şayəstə Hüseynova
.