Fransada Avropa Şurasının hicablı qadın təsviri ilə çəkdiyi sosial reklam narazılığa səbəb olub.
Alp.az xəbər verir ki, Fransanın gənclər naziri Sara El Hairi Avropa Şurası tərəfindən edilən paylaşımdan təəccübləndiyini qeyd edib. O bunun ölkə dəyərlərinə zidd olduğunu deyib.
İfrat sağçı fikirləri və anti-müsəlman bəyanatları ilə diqqət mərkəzində olan Fransa prezidentliyinə mümkün namizəd Erik Zemur kampaniyanı “avropalıların örtünməsini” təşviq etməkdə ittiham edib.
Siyasətçi Marine Le Pen Tvitter hesabında yazıb: “Qadın yalnız hicabı çıxardıqda azad olur, nəinki əksinə”. Avropa Müsəlman Gənclər və Tələbə Təşkilatları Forumunun (FEMYSO) prezidenti Hande Taner isə bu sözə belə cavab verib: “Əgər azadlıq iddiası varsa, bu azadlıq universal olmalıdır. Buraya nə geyinəcəyini seçmək azadlığı, həm də nə geyinməyəcəyini seçmək azadlığı daxil olmalıdır”.
Qeyd edək ki, Avropa Şurası sosial şəbəkələrdə üzərində hicablı xanımın şəkli olan reklam postu paylaşıb. Bundan əlavə, postda “azadlıq hicabda olduğu kimi gözəllik də müxtəliflikdədir” alt yazısı da vardır. Edilən şikayətlər nəticəsində isə reklam silinib.
Fuad Məmmədov