Fransanın cənub-şərqində Savoya departamentində magistral yola qayaların düşməsi nəticəsində 1000-dən çox insan tıxacda qalıb.
Elchi.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, dünən ölkənin Savoya əyalətindəki istirahət mərkəzlərinə çıxışı təmin edən RN90 magistralına üç böyük daş düşüb.
Avtomobil sürücüsünün yüngül şəkildə yaralandığı hadisədə yol hərəkəti dayanıb və kilometrlərlə avtomobil növbəsi yaranıb.
Hadisə ilə əlaqədar 1000-dən çox insan yaxınlıqdakı şəhərlərdəki qaçqın mərkəzlərində gecələmək məcburiyyətində qalıb.
Savoie Qubernatorluğu magistral yolda zədələnmiş təmir işlərinin davam etdiyini və nəqliyyatın normal vəziyyətə düşməsinin bir neçə gün çəkəcəyini açıqlayıb.
Şayəstə Hüseynova