Ekoloqlar Donald Tramp administrasiyasını nəsli kəsilməkdə olan vəhşi təbiətin mühafizəsi səyləri üçün maliyyəni kəsmək qərarından dönməyə çağırıblar.
Elchi.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Oyun və Vəhşi Təbiət Xidməti (FWS) tərəfindən idarə olunan milyonlarla dollarlıq qrantlar Tramp administrasiyası tərəfindən dayandırılıb.
Bu fondlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan heyvan növlərinin, xüsusən də iqtisadi gücü məhdud olan ölkələrdə qorunması üçün çox vacibdir.
Vəsaitlər Afrikada kərgədanları qorumaq, qeyri-qanuni ovla mübarizə aparmaq üçün patrul xidməti, həmçinin fillər, şirin su tısbağaları və kəpənəklər kimi növlərin qorunması üçün istifadə edilib.
Ətraf Mühitin Müxtəlifliyi Mərkəzinin bəyanatında deyilir ki, maliyyələşmənin dondurulması “vicdansız, təəssüf doğuran və son dərəcə qanunsuzdur”.
Həmçinin bildirilib ki, bu vəsait Amerika xalqının sevdiyi heyvanları qorumaq üçün vacibdir.
Ekoloqlar deyirlər ki, maliyyənin kəsilməsi nəsli kəsilməkdə olan növlər haqqında ABŞ qanunlarını pozur və ona yenidən baxılmalıdır.
Şayəstə Hüseynova