image-6666backend

“Ermənilərin Qarabağdan çıxması Rusiyanın marağında deyil”- Erməni siyasətçidən SENSASİON AÇIQLAMA 

Erməni siyasətçisi, ictimai xadim Bella Lalayan erməni mətbuatına sensasion açıqlama verib. Alp.az xəbər verir ki, Bella Lalayan açıqlamasında 44 günlük müharibə , həmçinin sülhməramlıların Qarabağdakı fəaliyyəti barədə sensasion detalları açıqlayıb.

– Brüsseldə NATO-nun baş katibi Stoltenberlə mətbuat konfransı zamanı İlham Əliyev bəyan edib ki, Ermənistan Zəngəzur dəhlizinin verilməsi ilə bağlı öhdəlik götürüb və o, Laçın dəhlizi kimi azad olmalıdır və orada gömrük məntəqələri yaradılarsa, onlara istiqamət veriləcək. Laçın dəhlizində də eyni prinsiplə. Bu, İlham Əliyevin Laçın dəhlizini bağlaya biləcəkləri ilə bağlı ultumatumu idimi?

– Gəlin anlayaq ki, Ermənistanın Laçın dəhlizi üzərində hansı hüquqları və ya nəzarəti var ki? İlham Əliyevin fikri qətidir. O dediyini edəcək, yəni Laçın dəhlizində gömrük məntəqələri yaradacaq. Bu isə o deməkdir ki, Qarabağdan tez bir zamanda ermənilərdən boşalacaq ki, bu da hələki Rusiyanın marağında deyil. Mandatı olub-olmamasından asılı olmayaraq, bu gün Qarabağda həyatın təminatçısı Rusiya sülhməramlı ordusudur. Artıq Qarabağ adlı bir “dövlət” yoxdur. 44 günlük müharibə ilə bu məhv oldu. Amma Qarabağda Rusiya var. Bu bizə ümidlər verir. Nikol Paşinyan Qarabağdan əlini birdəfəlik üzüb və Qarabağı Rusiya və Azərbaycana verib. Bir sözlə indi Qarabağ konkret olaraq Rusiyanın nəzarətindədir.Alp.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki