image-susa_emeliyyatbackend

Ermənilərdən terror hazırlığı: Soçi görüşü ərəfəsində hücum ola bilər

30 ildir ki, ermənilər öz təxribatlarından əl çəkmir. Hər dəfə danışıqlar prorsesi çərçivəsində erməni tərəfi təxribat törətməklə danışıqlar prosesinə zərbə vururlar. 10 noyabr bəyanatından sonra da bu təxribatlar davam etdi. İndi Soçi görüşü ərəfəsində ermənilər yeni təxribat törədə bilər. Alp.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Soçi görüşü ərəfəsində erməni təxribatının baş vermə ehtimalını sosial şəbəkə hesabından yazıb. Həmin statusu təqdim edirik:

“Ermənistan ordusunda təxribata hazırlıq prosesi gedir. Laçın və Kəlbəcərin Ermənistanla sərhəddində yerləşən hərbi hissələr 1 saylı döyüş hazırlığı vəziyyətinə gətirilib. Paşinyanın Soçi səfəri zamanı ona müxalif generalların növbəti dəfə atəşkəsi pozmaq cəhdi istisna edilmir.”

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki