image-11backend

Ermənilər Qarabağdan qaçırlar – FOTOFAKT

Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Şuşa bəyannaməsinin imzalanması erməni əhalisini əməlli-başlı qorxuya salıb.

Alp.az xəbər verir ki, erməni fəalları sosial şəbəkələrdəki paylaşımlarında Ərdoğanın Şuşa səfərindən sonra Qarabağın onlar üçün bitdiyini ifadə ediblər. Erməni analitik Tiqran Abramyan isə öz hesabında azərbaycanlıların kütləvi şəkildə qarabağlı ermənilərə zəng edərək evlərini almaq istədiklərini, qiymətlərlə maraqlandıqlarını yazıb.

Üstəlik bu tip zənglərin çox olduğunu da qeyd edib. Paylaşımın altına isə ermənilər qorxu dolu şərhlərini yazıblar.

Bu fikirlərdə Qarabağın onlar üçün bitdiyi və buna məhz Ərdoğanın Şuşa səfərindən sonra son qoyulduğu açıq-aydın əks olunub.

Həmin paylaşımları təqdim edirik:

image-2

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki