“44 günlük müharibədə Azərbaycan ordusu öz gücünü nümayiş etdirdi. Onlar bizim ordunu tamamilə məhv etməyə çox az qalmışdı” -Alp.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan erməni nəşrinə müsahibəsində bildirib.
Hərbi ekspert bildirib ki, Rusiyanın regionda olması balansı tənzimləyib.
“Konkret olaraq bildirmək istəyirəm ki, Rusiya Federasiyasının 102-ci hərbi bazasının burada olması bizim uğurumuzdur. Əgər Rusiya olmasaydı, Azərbaycan əsgəri İrəvana qədər gələrdi”, – deyə hərbi ekspert bildirib.