Ərəb Liqası İsrail ordusunun Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi soyqırımı dayandırmaq üçün bu gün daimi nümayəndələr səviyyəsində fövqəladə toplantının keçiriləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Fələstinin çağırışından sonra Ərəb Liqası daimi nümayəndələr səviyyəsində fövqəladə toplantı keçirmək qərarına gəlib.
Ərəb Liqasından verilən yazılı açıqlamada, daimi nümayəndələrin bu gün Misirin paytaxtı Qahirədə bir araya gələrək, törədilmiş soyqırım və məcburi köçkün cinayətlərinin dayandırılması üçün beynəlxalq və ərəb ölkələri səviyyəsində nələrin görülə biləcəyini müzakirə edəcəyi qeyd edilib.
Fələstinin Ərəb Liqasındakı Daimi Nümayəndəsi Muhenned əl-Akluk, Ərəb Liqasını İsrailin Qəzzada, xüsusən də şimalda məhv etmə cinayətləri, məcburi köçkünlük və aclıqdan məhrum etmə cinayətlərini müzakirə etmək üçün iclasa çağırmışdı.
Akluk bəyan edib ki, Ərəb Liqası İsrailin tarixdə misli görünməmiş bu cinayətlərinə görə tarixi məsuliyyətini öz üzərinə götürməlidir.
Nuranə Məmmədova