image-etiyopyada-heyelan-23-kisi-hayatini-kaybetti-yhkxbackend

Efiopiyada torpaq sürüşməsi! 23 nəfər həyatını itirib

Efiopiyanın şimalında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 23 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Amhara əyalətinin Qondar bölgəsində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.
Sürüşmə nəticəsində 23 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
2700 nəfər evlərini tərk etmək məcburiyyətində qalarkən, təxminən 2 min hektar əkin sahəsi dağıdılıb.
Vilayət rəhbərliyi sürüşmə nəticəsində zərər çəkənlərə yardım işlərinə başlayıb.
Efiopiya Meteorologiya İnstitutu güclü yağışlar səbəbindən sürüşmə riskinin artacağı ilə bağlı xəbərdarlıq edib.
Avqustun 24-də Efiopiyanın Tiqray bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki