image-65b21f7b19ada65b21f7b19adb170617228365b21f7b19ad565b21f7b19ad8backend

Dekabrda Azərbaycanda 22 dərəcə şaxta qeydə alındı

Bu il Bakıda və Abşeron yarımadasında maksimal temperatur 39 dərəcə (avqustun 5-i), bölgələr üzrə isə Hacıqabulda 43.5 dərəcə (iyulun 5-i) qeydə alınıb.
Elchi.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O qeyd edib ki, cari il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta qeydə alınıb.
Xidmət rəisi vurğulayıb ki, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə edilib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki