image-4ae2a7f9-12c8-33fc-a354-12fa8adba960_850backend

Danimarkadan Ukraynaya F-16-ların ikinci partiyası göndərilib

Danimarkadan göndərilən F-16 qırıcılarının ikinci partiyası Ukraynaya çatıb.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X”də paylaşım edib.

O qeyd edib ki, bu addım insan həyatının müdafiəsi istiqamətində liderlik nümunəsidir:

“Danimarkanın birinci partiyada göndərdiyi qırıcılar artıq Rusiyanın atdığı raketlərin vurulmasında istifadə olunur, insanlarımızın həyatını və infrastrukturumuzu xilas edir. İndi hava müdafiəmiz daha da gücləndirilib”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki