Danimarkadakı siyasi partiyaların iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində gübrələrin istifadəsini azaltmaq üçün 20 ildə 1 milyard ağac əkmək və kənd təsərrüfatı torpaqlarının 10 faizini meşələrə və təbii yaşayış yerlərinə çevirməyə razılaşdıqları açıqlanıb.
Elchi.az xəbər verir ki, sosial Demokratlar, Liberallar və Moderatlardan ibarət üç partiyalı Danimarka hökuməti, Sosialist Xalq Partiyası, Mühafizəkar Xalq Partiyası, Liberal Alyans və Sosial Liberal Partiyası ilə 2030-cu ilə qədər kənd təsərrüfatı torpaqlarının transformasiyası və istixana qazı emissiyalarının 70 faiz azaldılmasını nəzərdə tutan “Yaşıl Üçtərəfli Saziş”lə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
Bu çərçivədə hökumət lazımi hüquqi dəyişikliklərin ediləcəyini və 20 il ərzində fermerlərdən torpaq almaq üçün büdcədən 6,1 milyard dollar ayrılacağını açıqlayıb.
İyun ayında fermerlər, həmkarlar ittifaqları və ətraf mühit qrupları arasında əldə edilən “Yaşıl Üçlük Razılaşması”nı həyata keçirmək üçün qurulan Danimarka Yaşıl Üçlük Nazirliyinin rəhbəri Jeppe Bruus, mövzu ilə əlaqədar etdiyi şərhdə, “Danimarkanın təbiəti 1864-cü ildə bataqlıqların qurudulmasından bəri görmədiyimiz şəkildə dəyişəcək” deyib.
Şayəstə Hüseynova