Yeni bir araşdırma, gündə 10 saat və ya daha çox oturaq qalmağın, hətta müntəzəm idman edənlərdə belə ürək çatışmazlığı riskini artıra biləcəyi barədə xəbərdarlıq edir.
Elchi.az xəbər verir ki, ABŞ-ın Massachusetts General Hospitalında aparılan yeni araşdırmaya görə, oturaq vaxtın müddəti ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır.
Həftədə 150 dəqiqə orta və ya güclü fiziki fəaliyyət tövsiyə edilsə də, hərəkətsizliyin ürək sağlamlığına təsiri çox vaxt diqqətdən kənarda qalır.
Şayəstə Hüseynova