Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Britaniya qoşunlarının Ukraynaya göndərilməsinin zəruriliyini açıqlayıb. O, həmçinin Ukraynanın NATO-ya qəbul olunmasının tərəfdarı olub.
Elchi.az bu barədə “Ura.ru” ya istinadən xəbər verir.
“NATO-ya üzvlük Ukrayna üçün təhlükəsizliyin təminatı olmalıdır. Mən heç bir alternativ görmürəm. İndi soruşursunuz ki, Böyük Britaniyanın öhdəlikləri nə olacaq? Düşünürəm ki, biz Britaniya qoşunlarını Ukraynaya göndərməli olacağıq”, – deyə Conson müsahibəsində bildirib.
O, britaniyalı hərbçilərin mövcudluğunun ukraynalılar tərəfindən maliyyələşdiriləcəyinə aydınlıq gətirib. Conson həmçinin bildirib ki, o, sərhədlərə nəzarət etmək və Kiyevə kömək etmək üçün çoxmillətli Avropa qoşunlarını Ukraynada görmək istərdi.
Conson Qərbin Kiyevə yardımını minimal adlandırıb. Onun fikrincə, bu, münaqişə qurbanlarının sayının artmasına səbəb olacaq. Britaniyanın keçmiş baş naziri həmçinin Qərbə Ukraynaya kömək etmək üçün Rusiyanın 300 milyard dollarlıq aktivlərini müsadirə etməyi təklif edib.
Nuranə Məmmədova