ABŞ və Çin arasında artan ticarət müharibəsinin yeni cəbhəsində Çin rəhbərliyi Boeing-dən aldığı bəzi sərnişin təyyarələrini geri göndərmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, ABŞ-da yerləşən təyyarə istehsalçısı “Boeing” şirkətinin baş direktoru Kelli Ortberq Çin hava yollarına təhvil verilməsi planlaşdırılan iki təyyarənin geri qaytarıldığını, üçüncü təyyarənin isə qısa zamanda geri göndəriləcəyini açıqlayıb.
Ortberg CNBC-yə bildirib ki, bu il Çinə göndərilməsi planlaşdırılan cəmi 50 təyyarə tədarüklərinin ləğv edilmə riski altındadır. Boeing CEO, Çinli müştərilərin çatdırılma almaq istəmədiyini söylədi.
Qarşılıqlı vergi dərəcələri 145 faizə çatıb
ABŞ administrasiyası Çindən idxal edilən bəzi məhsullara 145 faizlik rüsum tətbiq etməyə başlayıb. Buna cavab olaraq Pekin hökuməti ABŞ məhsullarına əlavə 125 faiz vergi tətbiq edib.
Bu hadisələr ABŞ-ın ən böyük ixracatçılarından biri olan Boeing-ə birbaşa təsir etdi. Şirkətin kommersiya təyyarələri satışlarının təxminən 70 faizi ABŞ-dan kənarda həyata keçirilir.
Boeing-in Sietldəki obyektinə eniş edən 737 MAX 8 sərnişin təyyarəsinin görüntüləri artan ticarət gərginliyinin simvoluna çevrilib.
“Biz yeni müştərilər axtarırıq, istehsalı belə davam etdirə bilmərik”
Boeing CEO-su Ortberg, təhvil verilməmiş 41 təyyarənin fərqli müştərilərə yönəldilə biləcəyini söyləyərək, “Bəzi hava yolları tərəfindən ciddi tələbat var” dedi. O, hələ istehsala buraxılmayan 9 təyyarənin vəziyyəti ilə bağlı Çinli müştərilərdən dəqiq mövqe gözlədiklərini bildirib.
Ortberg, “Biz tədarük edilməyəcək təyyarələrin istehsalına davam etməyəcəyik” dedi.
“Tramp administrasiyası ilə gündəlik əlaqə saxlayırıq”
Ortberg investorlara “ABŞ prezidenti Tramp və ya onun kabinet üzvləri ilə hər gün əlaqə saxlayırıq. Ticarət müharibəsi səbəbilə davamlı ünsiyyətdəyik” deyib. Bununla belə, o, danışıqlara ümid etdiyini bildirib.
ABŞ Maliyyə Naziri Scott Bessent Beynəlxalq Valyuta Fondunun (BVF) toplantısındakı çıxışında Çinlə “böyük ticarət razılaşması”nın edilə biləcəyinə işarə etdi. Bessent, Çinin ixraca əsaslanan iqtisadiyyatını yenidən qurmaqda qərarlı olduğu təqdirdə danışıqların “mühüm fürsət” təqdim edəcəyini söylədi.
Şayəstə Hüseynova