Cənubi Koreyada Nazirlər Şurasının üzvləri prezident Yoon Suk Yeol-un dünən axşam hərbi vəziyyət qərarının yaratdığı xaosa görə məsuliyyəti öz üzərlərinə götürmək üçün kollektiv istefalarını təqdim etməyə hazır olduqlarını açıqlayıblar.
Elchi.az xəbər verir ki, Yonhap -ın xəbərinə görə, Baş nazir Han Duk-sunun keçirdiyi iclasda iştirak edən kabinet üzvləri ictimai narahatlıq yaradan və qarışıqlığa səbəb olan hərbi vəziyyət qərarına görə məsuliyyəti öz üzərinə götürmək üçün kütləvi şəkildə istefa vermək niyyətlərini ifadə ediblər.
Hakim Xalq Gücü Partiyasının (PPP) lideri Han Dong-hoon mətbuata açıqlamasında bildirib ki, o, dünən gecə hərbi vəziyyət elan edildiyi üçün Yoonun işdən çıxarılması tələbini baş nazir Han və digər yüksək vəzifəli şəxslərlə görüşündə çatdırıb. Digər tərəfdən, PPP-nin verdiyi açıqlamada, hərbi vəziyyətin elan edilməsindən sonra görüləcək tədbirlər, Yoonun mümkün vəzifəsindən azad edilməsi , Şuranın kütləvi istefası ilə bağlı təcili ümumi yığıncağın keçirildiyi bildirilib.
Nuranə Məmmədova