Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada müxalifət, eləcə də Kürdüstan Fəhlə Partiyası və ona bağlı yaraqlılar tərəfindən təhlükə yaranarsa, ölkəsinin milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcəyini bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Ankaraya gələndə bildirib.
“Prezident Ərdoğan bildirib ki, Türkiyə öz milli təhlükəsizliyi naminə bütün terror təşkilatlarına, xüsusən də Suriyada fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası (PKK) [və ona bağlı Suriya milisləri] və İŞİD-ə qarşı tədbir görəcək. Türkiyə üçün təhlükə mənbəyidir.
O bildirib ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı olan qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinin qarşısını alacaq. O, bütün imkanlardan istifadə edəcək və heç vaxt İŞİD-ə qarşı mübarizədə zəifliyə yol verməyəcək”, – administrasiyanın bəyanatında deyilir.
Ərdoğan bəyan edib ki, Türkiyə əvvəldən Suriyanın ərazi bütövlüyünü, birliyini və vahid strukturunu qorumağa sadiqdir və beynəlxalq ictimaiyyət Suriyanın dirçəlişi və yenidən qurulmasında əməkdaşlıq etməlidir. O, həmçinin qeyd edib ki, Türkiyə “bütün sahələrdə Türkiyə-Amerika əlaqələrini inkişaf etdirmək üçün səylərini davam etdirəcək”.
Yeganə