image-1627802897_130backend

Bu gün 13 şəhidimizin ildönümüdür – 7 il keçir

1 avqust 2014-cü il Azərbaycan Silahlı Qüvvələri tarixində mühüm yer tutan qəhrəmanlıq səhifələrindən biri kimi daxil olub.

Alp.az  xəbər verir ki, 2014-cü ilin İyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Ermənilərin bütün təxribatlarının qarşısı ordumuzun hərbçiləri tərəfindən layiqincə alınıb. Həmin gecədə Azərbaycan postlarına soxulan erməni terrorçuları ciddi itkilərə məruz qalıb.

Düşmənin hücumlarının qarşısını alarkən ordumuzun 13 əsgəri şəhid olub.

1) Gizir İsa Almazov

2) Gizir Pərvin Əliyev

3) Gizir Rahil Hüseynov

4) Gizir Elçin Əhmədov

5) Əsgər Elvin Əsgərov

6) Əsgər Əli Rəhimov

7) Əsgər Səftər Məmmədov

8) Əsgər Mustafa Əlicoşqunov

9) Əsgər Elnur İbrahimov

10) Əsgər Vüqar Poladov

11) Əsgər Qaryağdı Əhmədov

12) Əsgər Hüseyn Abdinov

13) Əsgər Sərxan Quliyev

Allah rəhmət etsin.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki