backend

BMT 2024-cü ili tarixin ən isti ili adlandırıb

2024-cü il rekordların 1850-ci ildə başlanmasından bəri dünyanın ən isti ilidir və bu, iqlim dəyişikliyi ilə mübarizə üçün qətiyyətli qlobal tədbirlərə təcili ehtiyac olduğunu vurğulayır.
Elchi.az
xəbər verir ki,  Aİ-nin İqlim dəyişikliyi üzrə xidməti “Copernicus” məlumat yayıb.
2024-cü ilin sonunda orta qlobal temperatur 1,48 dərəcə artdığı 2023-cü ili üstələyib. 2024-cü ildə bu rəqəm 1,6 dərəcə olub.
Beləliklə, klimatoloqların qeyd etdiyi kimi, son onillik tarixdə ən isti olub.
Mütəxəssislərin fikrincə, keçən ilki temperaturun artması insan fəaliyyəti ilə yanaşı, El Nino kimi təbii hava şəraitinin də əlavə töhfəsi ilə bağlıdır.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki