“Bu heykəllər bir-birinə çox bənzəyir, hər ikisində “xilaskar” əsgər və ona sığınan uşaq təqdim olunur”.
Bu barədə açıqlamasında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu fikir bildirib. O Rusiyanın Azərbaycan torpağı olan Xocalıda ucaltdığı heykəllə, Berlindəki heykəli müqayisə edib: “Bu heykəllərin hər ikisinin müəllifi də, qurucusu da ruslardır. Bu heykəllərin hər ikisi Rusiyada deyil, özgə torpaqlarındadır. Soldakı 2021-ci ildə Xocalıda, sağdakı 1949-cu ildə Berlində, ölkə alman faşistlərindən azad ediləndən sonra “ucaldılıb”.
Qubad İbadoğlu bildirib ki, bu heykəllərin hər ikisində rus əsgəri xilaskar qiyafəsində, uşaqların nicatı rolundadır: “Bu heykəllərin hər ikisi oxşar motivlə işlənib, eyni mesaj verir. Berlindəki heykəldə rus əsgəri uşağı alman faşistlərindən qoruyur, bəs Xocalıda?. Ermənilərlə birlikdə Xocalıda uşaqdan-böyüyə günahsız insanları qanına qəltan edən rusların bununla nə demək istədiyini başa düşürsünüzmu?. Xatırladıq ki,(Qarabağda) sülhməramlı abidənin və Rusiya şöhrət xiyabanının açılışı olub. Rusiya tərəfindən atılan bu addım birmənalı qarşılanmayıb.konkret