image-1651827543_berde_agdam_railway_020222_10backend

Bərdə–Ağdam dəmir yolunda işlər nə yerdədir?

Bərdə–Ağdam dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 95, tikintinin isə 94 faizi tamamlanıb.
Bu barədə Elchi.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb.
Məlumata görə, birinci mərhələ üzrə Bərdə stansiyası, Köçərli stansiyası, Təzəkənd stansiyası və xidməti binaların tikintisi başa çatdırılıb. İkinci mərhələ üzrə Ağdam dəmiryol və avtovağzal kompleksində tikinti işləri davam edir.
“Həmçinin Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb”, – məlumatda vurğulanıb.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki