image-franz-hofer-minbackend

Bələdiyyə Başçısı və 2 adamı silahlı hücumda öldürdü

Avstriyanın Yuxarı Avstriya əyalətinin Kirchberg ob der Donau şəhərinin meri Franz Hofer və şəxsiyyəti hələlik məlum olmayan bir şəxs silahlı hücum nəticəsində həyatını itirib.
Elchi.az xəbər verir ki, Yuxarı Avstriya əyalət polisinin verdiyi açıqlamada silahlı şəxsin Kirchberg ob der Donau bələdiyyəsinə hücum etdiyi bildirilib.
Açıqlamada, hücumda bələdiyyə sədri Franz Hofer və bir nəfərin həyatını itirdiyi bildirilib.
Polis hücum edənin ərazidə ov edən 56 yaşlı Roland Drexler olduğunu və hücumdan sonra qaçdığını açıqlayıb.
Təcavüzkarın tapılması üçün araşdırmaya başlanıldığı və hadisə ilə bağlı araşdırma aparıldığı qeyd edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki