ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası seçilmiş Amerika lideri Donald Tramp Ağ Evə gəlməmişdən əvvəl iş axtarmağa başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” jurnalı yazır.
Qəzet yazır: “CV Vaşinqton ətrafında uçur, çünki Bayden komandası gələn ay administrasiyadan getməzdən əvvəl iş axtarır.”
İşçilərdən biri Politico-ya müsahibəsində Trampın yenidən prezident seçilməsi ilə bağlı narahatlığını da bölüşüb. “Trampın ilk dövrünü yaşayan bir çox peşəkar “Bunu yenidən edə bilərəmmi?” sualı ilə maraqlanır. – dedi. Bundan əvvəl məlum olmuşdu ki, Demokratlar Partiyasından olan bir sıra amerikalı konqresmen Trampın andiçmə mərasimini boykot etməyi planlaşdırır.
Yeganə