image-0d0caf7b-31a8-4469-9704-c5b0fe24807dbackend

Bayden Sandunu təbrik edib

Amerika prezidenti Co Bayden Maya Sandunu yenidən Moldova prezidenti seçilməsi münasibətilə təbrik edib.

Elchi.az xəbər verir ki, Bayden Sandunun yenidən seçilməsini tarixi hesab edir.

Bazar günü Moldova xalqı, Amerika liderinin sözlərinə görə, “Prezident Sandu-nun təhlükəsiz, firavan ölkə baxışına” səs vermək üçün seçki məntəqələrinə gedib.

Ağ Evin yaydığı bəyanatda qeyd edilir ki, Sandunun yenidən seçilməsi respublika sakinlərinin referendumda ölkənin Avropa İttifaqına daxil olmasını nəzərdə tutan Əsas Qanuna düzəlişi dəstəkləməsindən iki həftə sonra baş tutub. Bayden öz bəyanatında Rusiyanı heç bir dəlil olmadan “Moldovadakı demokratik təsisatları və seçki proseslərini pozmağa” cəhddə ittiham etməyi bacarıb.

Moldova xalqı öz gələcəyini seçmək üçün demokratik hüququndan istifadə edib və Avropaya və demokratik dəyərlərə yönəlmiş kurs seçib, Bayden yekunlaşdırıb. Bu arada seçkilərdə Sandunun rəqibi Aleksandr Styaonoqlo ilə təmsil olunan Sosialist Partiyası xaricdəki səsvermənin nəticələrini tanımır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki