image-40backend

“Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir”-WP

Mənbələrə görə, sanksiyalar Ukraynaya qarşı müharibəyə son qoymaq üçün Kremllə danışıqlarda yeni seçilmiş prezident Donald Trampa daha çox təsir rıçaqları verəcək.

Prezident Co Bayden prezidentliyinin son həftələrində Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

Elchi.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Mənbələr bildiriblər ki, sanksiyalar yeni seçilmiş prezident Donald Trampın administrasiyasına Vladimir Putinlə Ukraynaya qarşı müharibəyə son qoymaq üçün danışıqlarda daha çox təsir rıçaqları verə bilər.

Sanksiyaların arxasında duran əsas ideya Rusiya neftini Qərb blokundan kənar ölkələrə daşıyan beynəlxalq gəmilərin “kölgə donanması” adlandırılan gəmilərini, eləcə də əvvəllər sanksiyalara məruz qalmayan Rusiya neft ixracatçılarını vurmaqdır.

Mənbələrin sözlərinə görə, nəzərdən keçirilən digər variantlar arasında banklara Rusiyanın enerji sektoru ilə bağlı əməliyyatlar aparmağa icazə verən lisenziyaların ləğvi də var. Bu tədbirlər həyata keçirilərsə, Trampın andiçmə mərasimindən əvvəl Baydenin iqtisadi və xarici siyasət irsini formalaşdıra bilər.

Vəzifədən getmə ərəfəsində Rusiyaya qarşı böyük bir addım Baydenin 2022-ci ildə Qərb müttəfiqlərinin qətiyyətli cavabını ilhamlandırdığına dair iddialarını gücləndirəcək. Eyni zamanda, Bayden öz varisinə, prezidentliyinin əvvəlində müşahidə olunan enerji qarışıqlığının və qiymət artımlarının təkrarlanması ilə maneə törədə biləcək sağlam iqtisadiyyatı təhvil vermək istəyir.

“Yeni sanksiyaların məqsədi 6-12 ay ərzində Rusiyanın ixrac gəlirlərini ikirəqəmli azaltmaq olmalıdır”, – deyə Bayden administrasiyasının beynəlxalq iqtisadiyyat üzrə keçmiş baş direktoru Peter Harrel bildirib.

Anonimlik şərti ilə Bayden administrasiyasının yüksək rütbəli rəsmisi izah edib ki, vəsait Ukraynanı qorumaq və ona ədalətli şərtlərlə sülh danışıqları aparmaq üçün “ən yaxşı şans” vermək üçün lazımdır.

Noyabrın 21-də ABŞ Kremlin hərbi səyləri maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün əvvəllər sanksiyalar siyahısında olmayan “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki